Şrift:
Avroliqa: Azərbaycan voleybolçuları Albaniyaya məğlub olub
19.06.2017 [10:28] - İdman
Bu gün kişi voleybolçular arasında Avropa Liqasında üçüncü turun oyunları keçirilir. Makedoniyada keçirilən ilk mərhələnin A qrupunda yer alan millimiz növbəti matçında Albaniya millisi ilə üz-üzə gəlib.

İlk görüşdə Makedoniyaya 0:3, ikinci matçında isə İsveçə 2:3 hesabı ilə məğlub olan Fərid Cəlalovun yetirmələri ilk mərhələdəki sonuncu matçında Albaniyaya da uduzub. Yığmamızın gücü bu dəfə sadəcə 1 setə çatıb - 1:3.

Bununla da millimiz Makedoniyada keçirilmiş ilk mərhələdə bütün oyunlarından məğlubiyyətlə ayrılaraq sadəcə 1 xal toplamağı bacarıb.

Qrupdakı digər oyunda isə Makedoniya ilə İsveç qarşılaşacaqlar.

Qeyd edək ki, qrupun ikinci mərhələsinin oyunları 23-25 iyun tarixləri arasında Albaniyada keçiriləcək.

Avropa Liqası
III tur
Bu xəbər oxucular tərəfindən 7 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed