Şrift:
Stress çarxları: Stresdən çıxarır, yoxsa ... - Psixoloqdan XƏBƏRDARLIQ
19.06.2017 [10:31] - Sağlıq
Stress çarxı - “Fidget Spinner” oyuncağı autizm və hiperaktivlik və diqqət çatışmazlığı sindromundan əziyyət çəkən uşaqlar üçün hazırlansa da, son zamanlar Britaniya məktəblərində ən populyar oyuncağa çevrilib.

Artıq xaricdə bir çox məktəblərdə bu oyuncaq qadağan edilib. Azərbaycanda isə yayılmaqda davam edir. Nəinki uşaqların, böyüklərin də əllərində bu spinnerlərlə gəzdiyinin şahidi oluruq.

Həqiqətən bu oyuncaq uşaqlara stressin öhdəsindən gəlməyə yardım edirmi?

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəridi Elnur Rüstəmov qeyd edir ki, bu oyuncağın birmənalı şəkildə stressi atdığını söyləmək düzgün deyil:

“İlk olaraq, bu qurğunun adına fikir verin: stress çarxı. Adına görə insanların diqqətini çəkir. Lakin bu çarxlar hər insana eyni cür təsir göstərmir. Bəzi insanlarda rahatlıq yaratsa da, bəzilərində narahatçılıq doğurur. Məsələn, uşaqlarda aqressiya yarada bilər. O çarxa baxsaz, onlar dayanmadan fırlanır və bu da azyaşlılara maraqlı gəlir. Biz bu haqda danışdıqca, çarxlar cəmiyyətdə daha da məşhurlaşır.

Bütövlükdə götürsək, stress çarxları olmadan da həyat davam edirdi. Stressi götürmək üçün minlərlə yol var. Ola bilər ki, spinnerlər stress atmaq istəyən kiməsə yaxşı təsir etsin. Amma kimisə əksinə, daha da stressə sala bilər”.
Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed