Şrift:
Ərdəbildə qədr gecələrində “Kaspiyən” kredit təşkilatının önündə etiraz yığıncağı keçirilib
19.06.2017 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbildə “Kaspiyən” Kredit Təşkilatı Şöbəsinin önündə etiraz yığıncağı keçirilib.

Bank olmayan kredit təşkilatında hesablarının bağlanmasına etiraz edən əmanətçilər Rəməzan ayının qədr gecələrini kredit təşkilatının önündə keçiriblər.
Gənc Jurnalistlər Klubu, Ərdəbilin Şəriət xiyabanında kredit təşkilatının şöbəsi qarşısında keçirilən etiraz yığıncağı barədə geniş xəbər və bir neçə görüntü yayıb.
2015-ci ildə “Arman-i İraniyan” adı ilə fəaliyyət göstərən 8 kredit və maliyyə kooperativ (təavoni) müəssisəsi birləşərək “Kaspiyən” adlı bank olmayan kredit təşkilatı yaradıb. Onlar İran Mərkəzi Bankının lisenziyası ilə fəaliyyətə başlayıblar.

Son vaxtlar ölkənin müxtəlif məntəqələri, həmçinin Azərbaycanın Zəncan, Əbhər, Parsabad və Ərdəbil kimi şəhərlərində “Kaspiyən” Kredit Təşkilatının şöbələri önündə etiraz aksiyaları keçirilir. Hökumət, Kredit təşkilatı Mərkəzi Bankın rəsmi icazəsi ilə fəaliyyət göstərdiyi halda, əmanətçilərin şikayətinə laqeyd yanaşır.

Mediada yayılan məlumata görə, “Kaspiyən” kredik təşkilatının məsulları hökumətin yüksək postlarında təmsil olunur, onlar siyasi nüfuzlarından istifadə edərək belə bir kredit təşkilatının fəaliyyət göstərməsi üçün mərkəzi bankdan lisenziya alıblar.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed