Şrift:
BMT: Hazırda dünyada 65,5 milyon didərgin var
20.06.2017 [10:19] - Sosial
Ötən il dünyada 65,5 milyon didərgin və məcburi köçkün qeydə alınıb.
Bu, iyunun 19-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2016-cı il üzrə açıqladığı hesabatda bildirilib.
İnformasiyaya əsasən, didərgin və məcburi köçkünlərin sayı 2015-ci illə müqayisədə 300 min nəfər artıb. Məcburi köçkünlrin sayına görə, birinci yerdə Suriyadır. Hesabatda qeyd olunub ki, 5,5 milyon suriyalı ölkəni məcburi olaraq tərk edib. Məlumata görə, 6,3 milyon vətəndaş isə ölkə daxilində yaşayış yerini dəyişməyə məcbur olub. Suriyanın 185 min sakini isə BMT-dən sığınacaq istəyib.
Məcburi köçkünlərin sayına görə, ikinci yerdə Kolumbiya (7,7 milyon nəfər), üçüncü sırada Əfqanıstan (4,7 milyon) yer alıb.
Sonrakı yerlərdə isə Cənubi Sudan (3,3 milyon), Sudan (2,9 milyon), Konqo Demokratik Respublikası (2,9 milyon), Somali (2,6 milyon), Nigeriya (2,5 milyon), Ukrayna (2,1 milyon) və Yəmən (2,1 milyon) qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed