Şrift:
Xəzər dənizində gəmi batıb
14.10.2011 [20:57] - Hadisə
Ötən gün Bakı vaxtı ilə saat 15:20 radələrində Xəzər dənizinin neytral ərazisində, Rusiyanın Həştarxan şəhəri yaxınlığında gəmi qəzası baş verib. Içərisində 6 min ton mazut olan Rusiyaya məxsus "Qriqoriy Buqrov" adlı yük gəmisi naməlum sualtı obyektlə toqquşub. Nəticədə, gəmi zədələnərək qısa müddət ərzində batıb. Hadisə zamanı gəminin göyərtəsində olan 14 heyət üzvü xilas olunub. Mazutun dənizə dağılması qeydə alınmayıb.

Hadisə yerinə 130 nəfər canlı qüvvə və 11 ədəd texnika cəlb olunub. Hazırda qəzanın nəticələri aradan qaldırılır, araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed