Şrift:
Ölüm təhlükəsi yaradan istilər yaxınlaşır - Proqnoz
21.06.2017 [10:40] - Gündəm, Bildiriş
XXI əsrin son rübündə Yer üzü ölüm təhlükəsi yaradan istiliklə qarşılaşacaq. Amerika və Britaniya alimlərinin tədqiqatları dair material “Nature Climate Change” jurnalında dərc edilib.
Məlumata görə, parnik qazları tullantısı azaldılmayacağı halda alimlərin proqnozu özünü doğrulda bilər. Planet əhalisinin təxminən yarısı öldürücü isti ilə qarşılaşacaq. Tropik rayonlarda hava şəraiti daha çətin olacaq.
Alimlərin fikrincə, iqlim o dərəcədə tez dəyişir ki, insanlar çətin ki, yeni şəraitə uyğunlaşa bilsinlər. Hazırda planet əhalisinin üçdəbiri istidən əziyyət çəkir.
Mütəxəssislər 1980-ci ildən istilər səbəbindən insan ölümü statistikasına həsr edilən 1,9 mindən çox tədqiqatı araşdırdıqdan sonra bu nəticəyə gəliblər. 2010-cu ildə Moskvada 10,8 mindən çox, 2003-cü ildə Parisdə 4,9 min, 1995-ci ildə Çikaqoda 740 nəfər isti havadan ölüb.
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed