Şrift:
Ermənistanda parlament seçkiləri çoxsaylı pozuntularla müşayiət olunur
06.05.2012 [20:32] - Gündəm
Ermənistanda parlament seçkiləri çoxsaylı pozuntularla müşayiət olunur. Bu barədə Armenia Today xəbər yayıb.
Belə ki, seçicilərin pasportlarına vurulan xüsusi möhür 20-30 dəqiqədən sonra asanlıqla silinir. Bu da eyni seçiciyə bir neçə dəfə səs verməyə imkan verir. Bu səbəbdən Gümri şəhərində 34/18 seçki məntəqəsində səsvermə prosesi dayandırılmışdır. Ermənistanın Mərkəzi seçki komissiyası yerli vaxtla saat 8:50-də bundan asılı olmayaraq səsverməni davam etməyə tapşırıb.
Bundan əlavə, seçicilərə rüşvət verilməsi haqqında da xəbərlər yayılır. Namizədlərin biri, Akop Akopyan seçicilərə ona səs vermələri üçün 20 min dram məbləğində pul təklif etsədə, onun rəqibi, Ermənistan Respublikaçı partiyasından namizədliyini irəli sürmüş Seyran Saroyan bu məbləğı 50 min dramadək yüksəltdi.
Sosial şəbəkələrdə məlumat yayılıb ki, "Orinas Yerkir" koalisiya partiyası seçicilərə mobil telefonlar paylayır.
Ermənistanda bu gün parlament seçkiləri keçirilir. Ölkə polisinin məlumatına görə, seçkilərdə 2 432 238 nəfərədək seçici iştirak edəcək.
Seçkilərin nəticələri haqqında qəti qərar səsvermə günündən yeddi gün sonra qəbul ediləcək.
Bu xəbər oxucular tərəfindən 852 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed