Şrift:
Vətəndaşlar üçün iş tapmaq asanlaşır
21.06.2017 [10:42] - Sosial
Azərbaycanda işəgötürən və iş axtaranlar üçün elektron vakansiya sistemi hazırlanır. Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi tərəfindən hazırlanan yeni sistem vasitəsilə vətəndaşların məşğulluq xidmətinə gəlməsinə ehtiyac qalmayacaq. Bu barədə nazir Səlim Müslümov jurnalistlərə məlumat verib.
Azərbaycanda işəgötürən və işaxtaranlar elektron sistem vasitəsilə bir-birlərini tapa biləcəklər. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni virtual vakansiya sistemi yaradılır.
Bu barədə jurnalistlərə Əmək və Əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib. O deyib ki, yeni sistem istifadəyə verildikdən sonra vətəndaşın məşğulluq xidmətlərinə gəlmələrinə ehtiyac qalmayacaq.
Səlim Müslümov Azərbaycanda iş üçün müraciət edənlərin sayının azaldığını da deyib. Onun sözlərinə görə, bu ilin ilk beş ayında 69 min 250 nəfər iş üçün məşğulluq orqanlarına müraciət edib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 141 min 651 olub.
Nazir sosial sığorta ödənişlərinin artdığını və ramazan bayramınadək pensiya ödənişlərinin yekunlaşdırılacağını da bildirib.
Səlim Müslümov hazırda ölkəmizdə fəhlə peşələri üzrə kadrların az olduğunu, işaxtaranların əksəriyyətinin isə qazancı az olsa belə, zəhmətsiz iş axtardıqlarını bildirib.

Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed