Şrift:
Qırğızıstanla Rusiya arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı 11 sənəd imzalanıb
21.06.2017 [11:00] - Siyasət
Qırğızıstan Prezidenti Almazbek Atambayev Rusiyada dövlət səfərdədir. Rusiya Prezidenti Vladimir Putinin Almazbek Atambayevlə görüşündə ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti bildirib ki, ticari-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi ətraflı müzakirə olunub. Belə ki, bu ilin birinci rübündə ölkələrimiz arasında mal mübadiləsinin həcmi 23 faiz artıb. Rusiya-Qırğızıstan İnkişaf Fondu uğurla fəaliyyət göstərir. Fondun xətti ilə 28 böyük layihə həyata keçirilir, bundan başqa 250 milyon dollar həcmində 700 layihə kommersiya banklarında akkreditə edilib.

Vladimir Putin deyib ki, Rusiya Qırğızıstanın dövlət büdcəsinə dəstək məqsədilə hər il 30 milyon dollar vəsait ayırır. 2012-ci ildən başlayaraq verilən qrantların həcmi 255 milyon dollar olub. 200 milyon dollar isə Qırğızıstana Avrasiya İqtisadi Birliyi çərçivəsində təqdim edilib.

Görüşdən sonra ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı 11 sənəd imzalanıb.

Səfər iyunun 24-dək davam edəcək.



Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed