Şrift:
Molla Pənah Vaqifin yubileyinə həsr olunan elmi sessiya
21.06.2017 [11:03] - Mədəniyyət
İyunun 21-də saat 14:00-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "M.P.Vaqifin söz dünyası və məktəbi" adlı elmi sessiya keçiriləcək. Muzeydən bildirilib ki, tədbir Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" 12 yanvar 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutacaq.

Elmi sessiyada "Azərbaycan bədii sözündə Vaqif mərhələsi", "XVIII əsr- Vaqif əsri", "M.P.Vaqif -XVIII əsr şairi və ictimai xadimi", "M.P.Vaqifin gözəllik idealı", "Vaqif irsi Azərbaycan şeirində və Nizami muzeyinin ekspozisiyasında" mövzusunda məruzələr dinləniləcək.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed