Şrift:
Suriya ordusu Dəməşqin 5 rayonunu terrorçulardan azad edib
22.06.2017 [10:23] - Hərb
Suriyanın hökumət qoşunları aviasiya və artilleriyanın dəstəyi ilə Dəməşqin cənub-şərqində 5 rayonu terrorçulardan azad edib.
Bu barədə hərbi mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.
Məlumata görə, Suriya ordusu Dəməşqin cənub-şərq ətrafında yerləşən Bir Kaseb, Hurbet Kaseb, Tulyul ər-Ravabi, Sarihi və İrinba rayonları üzərində nəzarəti geri qaytarıb. Döyüş nəticəsində terrorçular itki veriblər, onların atəş mövqeləri məhv edilib. Geri çəkilən yaraqlılar çoxlu sayda döyüş sursatları qoyub qaçıblar.
Bu xəbər oxucular tərəfindən 389 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed