Şrift:
Ordumuzun 100 illliyi ilə bağlı yubiley medalı hazırlanacaq
23.06.2017 [10:32] - Hərb
İyunun 30-da Milli Məclisin növbədənlənar iclası keçiriləcək.

Parlamentdən verilən məlumata görə, iclasda Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar “1918-2018 Azərbaycan Respublikasının yubiley medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik ediləcək.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci 26 iyun tarixli qərarı ilə ilk ordu hissəmiz - 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb.
Gələn il Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd olunacaq.
Bu xəbər oxucular tərəfindən 538 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed