Şrift:
Türkiyə XİN-i Pakistanda baş verən terror aktını pisləyib
24.06.2017 [10:10] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə XİN-i Pakistanın cənub-qərbində baş verən terror aktını pisləyib.

Anadolu-nun verdiyi məlumata görə, bu haqda Nazirliyin bəyanatında deyilir.

Bəyanatda Belucistanın inzibati mərkəzi Kvetta şəhərində törədilən terror aktı ilə əlaqədar Pakistan hökuməti və xalqına, həlak olanların doğmalarına başsağlığı verilir və zərərçəkənlərin tezliklə sağalması arzulanır.

Həmçinin bəyanatda terrorizmlə mübarizədə Türkiyənin qardaş Pakistanla həmrəy olduğu və dəstək verdiyi qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed