Şrift:
Azərbaycan Qran Prisinin qalibi: Düşünmürdüm ki, bu yarışı qazana bilərəm
26.06.2017 [12:33] - Gündəm, İdman
Bu, həyəcan dolu yarış idi. Bunu Azərbaycan Qran Prisinin qalibi "Red Bull" komandasının pilotu Daniel Rikkardo deyib.

O, deyib ki: "Yarışın əvvəlində baş verən xoşagəlməz hadisələrdən, bolidimdə əyləc problemi səbəbindən erkən pit-stopa daxil olmağımnan sonra, fikirləşmirdim ki, bu gün qalib gələ bilərəm. Lakin bu, həyəcan dolu yarış idi və mən şadam ki, qələbə qazandım".

"Mercedes" komandasının pilotu Voltteri Bottas öz növbəsində komandasına görülən işlərə görə təşəkkürünü bildirib.

"Bu yarış göstərdi ki, heç bir halda təslim olmaq olmaz. Mən axırıncı idim və bir dövrə dala qalırdım, amma yaranan vəziyyət mənə mübarizə aparmaq şansı verdi və mən də bunu etdim", - Bottas deyib.

Yarışın 3-cü pilləsində ən cavan pilot Lens Stroll qərarlaşdı. Bundan əlavə, o, 2001-ci ildən podiuma qalxan ilk kanadalı pilot oldu. Onun sözlərinə görə, bu gün onun karyerasında ən gözəl günlərdən biri oldu.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olub.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed