Şrift:
Xəzərdə SOCAR-ın əməkdaşlarını daşıyan qayıq qəzaya uğrayıb
29.06.2017 [10:44] - Hadisə
İyunun 28-də saat 13:50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirmiş 34 saylı meydançanın ayağına toxunub.

SOCAR-ın mətbuat xidmətindən bildiriblər ki, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar.
Bu xəbər oxucular tərəfindən 86 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed