Şrift:
Muzeydə “Azərbaycan milli geyimləri olduğu kimi” adlı sərgi açılacaq
30.06.2017 [10:33] - Mədəniyyət
İyulun 4-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan milli geyimləri olduğu kimi” adlı sərginin açılışı keçiriləcək.

Muzeydən bildiriblər ki, sərginin təşkilində məqsəd qloballaşan dünyada Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və gələcək nəslə təhrifsiz ötürülməsinə töhfə verməkdir.

Sənətşünaslıq elmləri doktoru Səbirə Dünyamalıyevanın Azərbaycan, Gürcüstan və İrandakı muzey və kolleksiyalarda apardığı tədqiqatlar nəticəsində XIX əsrin sonu, XX əsrin əvvəllərində mövcud olmuş milli geyim növlərinin norma və qaydaları müəyyən edilib, onların əsasında milli geyim standartları tərtib olunub.

Milli geyim standartlarına uyğun olaraq, ənənəvi materiallar və üsullar tətbiq edilməklə kişi və qadın geyim dəstləri tikilib.

Sərgidə geyimlərlə bərabər, muzeyin kolleksiyasında olan tarixi fotoşəkillər də təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed