Şrift:
Türkiyənin Suriyada PKK/YPG terrorçularına qarşı böyük əməliyyatının vaxtı bəlli oldu – Ordu əmr gözləyir
30.06.2017 [10:37] - Gündəm, Hərb
Türkiyə Silahlı Qüvvələri həftə sonu PKK-nın Suriya qolu PYD/YPG-nin işğal etdiyi Afrində böyük əməliyyat həyata keçirəcək.
Bu haqda Türkiyənin hökumətə yaxın “Yeni Akit” qəzeti məlumat yayıb.
Qəzet hərbi mənbələrə istinadən həftə sonu PYD-nin əlindəki Afrində “Fərat Qalxanı” kimi böyük bir əməliyyatın keçirəcəyini və şəhərin terrorçulardan azad ediləcəyini yazıb.
Qeyd edək ki, bir müddət bundan öncə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK/YPG-nin Türkiyə sərhədlərinə təhdid yaratması halında, kimsə ilə məsləhətləşmədən terrorçuları vuracaqlarını bildirmişdi.
Bu arada İŞİD əleyhinə koalisiyanın sözçüsü, ABŞ ordusunun polkovniki Ryan Dillon Türkiyənin PKK/YPG-ni vurmasından narahat olduqlarını bildirib.
Terror təşkilatını “ortaqları” adlandıran ABŞ-lı polkovnik PKK/YPG-yə qarşı təşkil edilən istənilən əməliyyatın İŞİD-ə qarşı təşkil olunan Raqqa əməliyyatına mənfi təsir edəcəyini deyib.
Xatırladaq ki, Türkiyə Raqqa əməliyyatının bütün məsuliyyətini öz üzərinə götürmək istəsə də, ABŞ bu əməliyyatı terror təşkilatı PKK/YPG ilə həyata keçirməkdə israr etmişdi
Bu xəbər oxucular tərəfindən 254 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed