Şrift:
Sosial şəbəkərlərdə Urmu gölünün qurudulmasına kütləvi Etiraz
30.06.2017 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlılar Urmu gölünün quruldulmasına qarşı kütləvi etirazlarını müxtəlif formalarda davam etdirir.

Sosial şəbəkələrdə aktiv olan soydaşlarımız İran rejiminin diqqətini Urmu gölü böhranına çəkmək məqsədi ilə növbəti dəfə etiraz kampaniyası keçiriblər. Etirazçılar ən çox Twitter və İnstagram sosial şəbəkələrində mətnlər paylaşaraq dövlətdən Urmu gölü böhranına son qoymağı tələb ediblər. Onlar İran rejiminin ətraf-mühit tərəfdarlarına təzyiqləri və Urmu gölünün ümumi vəziyyəti ilə bağlı bir çox mətn və görüntü yayıblar.

Etiraz kampaniyasında çox sayda azərbaycanlı fəal, o cümlədən milli zəmindəki dinc fəaliyyətlərinə görə 7 il həbs edilmiş Səid Mətinpur və digər tanınmış simalar iştirak edib. Etiraz kampaniyasında saveurmialake# Hashtagından istifadə olunub.

İyunun 28-dən 29-na keçən gecə Təbriz vaxtı ilə saat 22-dən sonra Twitter və İnstagram sosial şəbəkələrində etiraz dalğası başlayıb. Etirazçılar İran prezidentdən Urmu gölünün vəziyyətinə yenidən baxmasını və bu barədə əməli tədbir görməsini tələb ediblər.

Təkcə İnstagramda bir neçə saat ərzində Urmu gölü ilə bağlı 6 min mətn və şəkil paylaşılıb. Məlumata görə, sosial şəbəkə istifadəçilərinin bir çoxu öz mesajlarını ölkə prezidenti Həsən Ruhaninin Twitter və İnstaqram səhifələrinə əlavə edəcəklər.

Azərbaycanlı mədəni fəallar keçirilən etiraz kampaniyasında dövlətin Urmu gölü böhranı ilə bağlı lazımi tədbir görməməsinə kəskin etiraz ediblər.
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed