Şrift:
Futbol üzrə Almaniya yığması gənclər arasında Avropa çempionu olub
01.07.2017 [10:53] - İdman
21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.
Polşanın Krakov şəhərində təşkil olunmuş həlledici qarşılaşmada Almaniya və İspaniya yığmaları üz-üzə gəlib.
Görüş Bundestimin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 40-cı dəqiqədə Mitçell-Elii Vayzer vurub.
Bununla da Almaniya millisi tarixində ikinci dəfə Avropa çempionu olub. İlk dəfə bu titul 2009-cu ildə qazanılıb.
Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed