Şrift:
Atatürkün türk ordusuna məktubu - Sizin kimi komandanları, zabitləri, əsgərləri olan millətə yad əlləri altında kölə olmaq mümkün deyil
01.07.2017 [12:14] - Xəbərlər, Türkün şanlı tarixi
Sakarya döyüşündəki qələbədən sonra Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Qazi adı və marşal rütbəsi verir. Ali Baş Komandan olan Mustafa Kamal həmin qələbədən və təltifdən sonra 1921-ci ili sentyabrın 20-də orduya belə bir məktub yazır. Enter.News həmin məktubu təqdim edir:

“Əsgərlərə.

Sizi Qurtuluş savaşındakı döyüşlərdən daha öncə digər müharibələrdən tanıyıram. Dünyanın heç bir ordusunda ürəyi sizinkindən daha təmiz, daha sağlam bir əsgərə rast gəlmədim. Hər zəfərin mayası sizdədir. Hər zəfərin ən böyük payı sizindir. İmanınızla, itaətinizlə heç bir qorxunun üstün gələ bilmədiyi dəmir kimi qəlbinizlə düşməni məğlub edən qəhrəmanlığınız üçün minnət və şükranımı özümə ən əziz bir borc bilirəm. Sizin kimi komandanları, zabitləri, əsgərləri olan millətə yad əlləri altında kölə olmaq mümkün deyil. Türkiyə Böyük Millət Məclisinin haqqımda verdiyi yeni bir rütbə və Qazi ünvanı birbaşa sizə aiddir. Millətin verdiyi bu rütbə ilə yüksələn ordu ən şərəfli və ən qüdrətli ordudur. Sizin qəhrəmanlığınız və göstərdiyiniz nəhayətsiz fədakarlıqlar sayəsində qazanılan üstünlüyün millət tərəfindən təqdir edilməsini ancaq və ancaq izafə edərək, bütün əsgərlik həyatımın iftixarı olaraq daşıyacam. Cənabi Haqq başladığımız Qurtuluş mücadiləsində şərəfli silah yoldaşlarıma qəhrəmanlığın haqqı olan qurtuluşu nəsib etsin”.

Baş Komandan Mustafa Kamal.

20 sentyabr, 1921-ci il

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 3139 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed