Şrift:
İsti havada DÜZGÜN QİDALANMA - Qaydalar
03.07.2017 [11:59] - Sağlıq
Çox isti hava insan sağlamlığı üçün müəyyən təhlükələr yaradır. İstidə bütün orqan və sistemlərə (xüsusilə ürək-damar, nəfəsalma, endokrin, sidik ifrazı və s.) olan yükləmələr artır ki, bu da onlarda pozulmaların inkişafı riskini artırır.

Belə vəziyyətdə sağlamlığı qorumaq üçün həkimlərin bəzi tövsiyələrinə əməl etmək lazımdır. Sizə isti havada düzgün qidalanma ilə bağlı həkim tövsiyələrini təqdim edirik.

1. İlk növbədə qəbul etdiyimiz qidaların miqdarını azaltmaq lazımdır. Gün ərzinə daha tez-tez (4-5 dəfə) və daha az yeyin, yemək porsiyalarını azaldın.

2. Qidalanmanıza süd məhsullarını (qatıq, ayran, kəsmik və s.) artırın. Bu məhsullar orqanizmin isti havada pozulan turşu-qələvi balansını bərpa edir, onu daha "qələvi" edir. Alimlərin fikrinə görə, orqanizmin turşu-qələvi balansının pozulması, onun daha "turş" olması bir çox xəstəliklərin, o cümlədən xərçəngin əsas səbəblərindən biridir.

3. Qidalanmanızda meyvə, tərəvəz, göyərti daha çox, ət daha az olmalıdır. Meyvə-tərəvəz və göyərtilər də pozulmuş turşu-qələvi balansını bərpa edir.

4. Yağlı və qızardılmış qidaları, şirniyyatları (tort, pirojna və s.) rasiondan xaric edin.

5. Gün ərzində 2 l təmiz qazsız su için. Su soyuq olmamalıdır.

6. Spirtli içkilərdən imtina edin.

7. Ədviyyatlardan daha az istifadə edin. Ədviyyatlar qan dövranını və maddələr mübadiləsini sürətləndirir, orqanizmə istilik verir.

8. Buna əks-göstərişlər yoxdursa, qidalarda duzun miqdarını bir qədər artırmaq olar. Duz orqanizmdə mayeni saxlayır və susuzlaşmanın qarşısını alır.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed