Şrift:
Azərbaycan milli geyimləri olduğu kimi
04.07.2017 [10:38] - Mədəniyyət
İyulun 14 - də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan milli geyimləri olduğu kimi" sərgisinin açılışı keçiriləcək.

Muzeydən bildirilib ki, sərgidə Azərbaycan Respublikası, Gürcüstan Respublikası, İran İslam Respublikasındakı muzey və kolleksiyalarda aparılmış tədqiqatlar nəticəsində bərpa olunmuş XIX əsrin sonu, XX əsrin əvvəllərində istər Şimali, istərsə də Cənubi Azərbaycanda mövcud olmuş geyimlərə aid 150-dən artıq eksponat, 20-dən artıq tam qadın və kişi geyim dəstləri, 70-dən artıq unikal rəsm və fotoşəkil, müvafiq tarixi məlumatlar, həmçinin Muzey tərəfindən müxtəlif illərdə nəşr olunmuş etnoqrafik kitab və kataloqlar təqdim olunur.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək sərgiyə giriş sərbəstdi.
Bu xəbər oxucular tərəfindən 702 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed