Şrift:
Təbrizdə saxlanılan incəsənət xadimləri və mədəni fəallar müvəqqəti azadlığa buraxılıb
04.07.2017 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 29-da Sərdərudda (Sərdəri) keçirilən şeir gecəsində tutulan incəsənət xadimləri və mədəni fəalların bir qrupu azadlığa buraxılıb.

Fəalar ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar. Onların kimliyi bundan ibarətdir:

Aşıq Qaffar İbrahimi, Güləhməd Rüstəmi, Fridun Xudayi, Rza Xürrəmi, Nemət Misgəri, Kərim Gözli, Şəhabi, Qabilnəjad, Təbrizi, Həbib Cəfəri, Kərim Əhmədi və Məleki.

Aşıq Qaffar İbrahiminin yaxınlarından biri GünAz TV-yə bildirib ki, aşıq Qaffar şənbə günü ETTELAAT İdarəsinə çağırılıb, o deyilən yerə müraciət etdikdən sonra saxlanılıb.

GünAz TV-yə daxil olan məlumata görə, ETTELAAT əməkdaşları Sərdərudda keçirilən şeir gecəsinə hücum edərək təxminən 25 mədəni fəalı yaxalayıb, naməlum istiqamətə aparıblar.

Şeir gecəsi Sərdəri Ədəbi Dərnəyinin təşəbbüsü ilə keçirilib.

İranda Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ənənəvi ad günü mərasimi keçirildiyi günlərdə azərbaycanlı fəallara qarşı təzyiqlər artıb. İyunun 30-da Babək qalasında keçirilən yığıncaqda 13 milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed