Şrift:
Əli Həsənov Türk paşalarını qəbul edib
05.07.2017 [11:11] - Siyasət
Xəbər verdiyimiz kimi Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində qonaqları iyunun 4-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, PA ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qəbul edib.
Görüşdə Azərbaycan və Türkiyənin ortaq hərb tarixi, ikitərəfli hərbi əməkdaşlığın əhəmiyyəti, regiondakı hərbi siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Əli Həsənov Türk paşalarını qəbul edib
Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed