Şrift:
Mosulda İŞİD-in 300-ə yaxın yaraqlısı qalıb
06.07.2017 [11:29] - Türk dünyası-Turan, Hərb
Mosulun köhnə şəhər rayonu ərazisində İŞİD qruplaşmasının 300-ə yaxın yaraqlısı fəaliyyət göstərməkdə davam edir.

Şəhərin terrorçular tərəfindən nəzarət edilən zonası 500 kvadratmetrədək daralıb. Associated Press agentliyinin bir qədər əvvəl yaydığı məlumata görə, köhnə şəhərdə döyüşlərin davam etməsinə baxmayaraq, İraqın Baş naziri Heydər əl-Abadi ordunu Mosulda böyük qələbə münasibətilə təbrik edib.

Mosul İŞİD-in İraqdakı son iri dayaq məntəqəsidir. Oktyabrın 17-dən ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə İraqın təhlükəsizlik qüvvələri şəhərin terrorçulardan təmizlənməsi üçün əməliyyatlar aparır. İraq komandanlığının məlumatına görə, Mosulun tam azad olunmasına sayılı günlər qalıb.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed