Şrift:
Güney azərbaycanlıların milli mübarizə tarixinə dair kitab çap olunub – Bakıda
06.07.2017 [12:08] - Gündəm
Monoqrafiyada İranda Azərbaycan türkcəsinin statusunun yüksəldilməsi və funksiyalarının genişləndirilməsi uğrunda aparılan mübarizənin tarixi tədqiq edilib.

AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yeganə Hacıyevanın “İran İslam İnqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər) adlı kitabı çap olunub. Kitabda İran İslam Respublikası hakim qüvvələrinin Azərbaycan türkcəsini sıxışdırmaq və azərbaycanlıların milli şüurunu kosmopolitləşdirmək cəhdlərinə qarşı Cənubi Azərbaycan türklərinin mübarizəsinin tarixi araşdırılıb.

Müəllif gərgin ictimai-siyasi kataklizmlərin, sosial-mədəni təbəddülatların, panfarsist siyasi sistemin və ideologiyasının təsirinə məruz qalan cənubi azərbaycanlıların həm İran daxilində, həm də xaricdə Azərbaycan dilinin statusunun yüksəldilməsi və funksiyalarının genişləndirilməsi uğrunda mübarizəsinin tarixi şəraitə uyğun olaraq formalaşması prosesini tədqiq edib. Monoqrafiya milli məsələyə həsr edilmiş növbəti tədqiqat əsəri olaraq çoxaspektli dil məsələsinin birbaşa bağlılığı ilk baxışdan aydın görünməyən digər aspektlər - iqtisadi, siyasi, hüquqi, dini, sosial, demoqrafik, regional və qlobal dəyişikliklər və s. nöqteyi-nəzərdən araşdırılması baxımından da əhəmiyyətlidir.
Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed