Şrift:
Türkiyə Mərmərə Vəqfi: Ermənistan ordusunun mülki insanları qətlə yetirməsi insanlıq əleyhinə cinayətdir
07.07.2017 [15:56] - Gündəm, Diaspor
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyevanı və nənəsi Sahibə Quliyevanı vəhşicəsinə qətlə yetirməsi ilə bağlı etiraz bəyanatı yayıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Ermənistan ordusunun mülki insanları qətlə yetirməsi insanlıq əleyhinə cinayətdir” sərlövhəsi ilə ölkə KİV-lərinə yayılan bəyanatda qeyd olunur:

“Ermənistanın təcavüzkar ordusunun Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi və mülki obyektlərinin dağıdılması ilk dəfə deyil. Bütün türk dünyası bu cinayəti unutmamalıdır”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed