Şrift:
Britaniya, ABŞ və Fransa BMT-nin anti-nüvə konvensiyasına qoşulmaqdan imtina edib
08.07.2017 [10:59] - Siyasət
Böyük Britaniya, ABŞ və Fransa heç vaxt BMT-nin mənzil-qərargahında keçirilən beynəlxalq konfransda nüvə silahlarının tamamilə qadağan edilməsi barədə qəbul olunmuş konvensiyanın iştirakçıları olmayacaq.
Bu barədə üç ölkənin cümə günü BMT-nin baş qərargahında yaydığı birgə bəyanatda deyilir.
"Fransa, Birləşmiş Krallıq və Birləşmiş Ştatlar nüvə silahının qadağan edilməsi haqqında konvensiya üzrə danışıqlarda iştirak etməyib. Biz onu imzalamaq, təsdiq etmək və ya nə vaxtsa onun iştirakçısı olmağa hazırlaşmırıq", - deyə rəsmi məlumatda vurğulanır.
Üç ölkə baxımından, müqavilə "70 il ərzində Avropa və Şimali Asiyada təhlükəsizliyi təmin edən nüvənin qarşısının alınması siyasəti" ilə bir araya sığmır.
Eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Vaşinqton, London və Paris nüvə silahının yayılmaması haqqında Müqavilə, həmçinin, nüvə silahsızlaşdırılması istiqamətində işə sadiqlik nümayiş etdiriblər.
Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed