Şrift:
Beynəlxalq Türk Akademiyası azərbaycanlı mülki əhalinin ermənilər tərəfindən qətlə yetirilməsini pisləyib
10.07.2017 [10:19] - Xəbərlər, Türk dünyası-Turan
Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırali Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, xüsusilə də, münaqişə çərçivəsində ağır silahlarla mülki əhaliyə qarşı hücumlar edilməsi, beynəlxalq humanitar hüquqa və insani dəyərlərə ziddir. Ona görə də, dünya ictimaiyyəti 2 yaşlı günahsız körpənin və yaşlı qadının öldürülməsinə səssiz qalmamalıdır. Biz münaqişənin ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, beynəlxalq hüququn əsas prinsipləri, BMT-nin qəbul etdiyi qətnamələr əsasında tezliklə həll edilməsini dəstəkləyirik. Mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir, xain hücumda həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik".

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed