Şrift:
Azərbaycanlı şairə Rusiya Poeziya Akademiyasının üzvü seçilib
10.05.2012 [16:08] - Mədəniyyət
Azərbaycanlı şairə-yazar Könül Ordubadlı Rusiya Poeziya Akademiyasının üzvü seçilib.
Bu barədə Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarımızdan bildiriblər.

“Azərbaycan və Rusiya Yazıçılar Birliyinin, Rusiya Dilçilik Akademiyasının, Beynəlxalq Publisistlər Assosiasiyanın, “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin üzvü, yazıçı-şairə Könül Ordubadlı Rusiya Poeziya Akademiyasının üzvü seçilməsi uğurlarımızdan sayılmalıdır.
Bu gün Rusiyada və dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlının uğuru, ümumilikdə hər birimizin uğuru hesab olunur və ölkəmizin təbliğində öz rolunu oynayır. Könül Ordubadlı da belə ziyalarımızdandır” - deyə, söyləyiblər.

Elnur Eltürk
Gün.Az
Bu xəbər oxucular tərəfindən 2791 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed