Şrift:
İstanbulda erməni terrorçuluğuna qarşı etiraz aksiyası keçirilib
10.07.2017 [10:28] - Xəbərlər, Türk dünyası-Turan
İstanbulda erməni terrorçuluğuna qarşı etiraz aksiyası keçirilib

İstanbuldakı Galatasaray litseyinin önündə Ermənistan ordusunun ağır silahlarla hücumu nəticəsində həyata gözlərini yuman 2 yaşlı Zəhra Guliyevanın qətl edilməsinə qarşı etiraz aksiyası keçirilib.

Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Güney Azərbaycan vətəndaşlarının iştirak etdikləri etiraz aksiyasına İstanbulun mərkəzi prospekti olan İstiklal caddəsindən keçən yerli və əcnəbi vətəndaşlar da yaxından maraq göstərib.

”Qatil Sarkisyan, Qarabağdan rədd ol”, “Qarabağ Türkdür, Türk qalacaq”- “Hamımız Zəhrayıq”- və s. şüarların səsləndirildiyi aksiyasının axırında qətnamə oxunub.İşğalçı Ermənistanın bir an əvvəl Azərbaycan torpaqlarından çıxmasının tələb edildiyi qətnamədə beynəlxalq təşkilatların işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi məsələsinə həssas yanaşmalarının lüzumu vurğulanıb.Təhlükəsizlik qüvvələrinin nəzarəti altında keçirilən aksiya heç bir insident olmadan başa çatıb.
Bu xəbər oxucular tərəfindən 153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed