Şrift:
Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi daha çevik həyata keçirilməlidir"
10.07.2017 [10:37] - Gündəm, Sosial
"Qanunvericiliyə edilən dəyişikliklərdən istifadə edərək normativ hüquqi baza yaratmalıyıq".
Bunu Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət Qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, dövlət qulluğuna qəbul prosesi daha çevik həyata keçirilməlidir: "Hər bir insana imkan verilməlidir ki, öz karyerasını dövlət qulluğunda qura bilsin. Belə bir sosial lift yaratmaq bizim borcumuzdur".
M.Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzininin məqsədi istedadlı gəncləri dövlət qulluğuna cəlb etmək, imtahan prosesini daha çevik etməkdir.
Bu xəbər oxucular tərəfindən 182 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed