Şrift:
Azərbaycan avtomobil idxalını 35% artırıb
10.07.2017 [10:42] - İqtisadiyyat
2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana ümumilikdə 3 483 ədəd avtomobil idxal olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 910 ədəd avtomobil və ya 35,37% artıb.

Ölkəyə gətirilən avtomobillərin 55 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 971 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 416 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 41 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed