Şrift:
Babək qalasında tutulanlardan bir neçəsi azadlığa buraxılıb
10.07.2017 [10:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 30-da Babək qalası yığıncağında tutulan fəallardan 4-ü Əhər zindanından zəmanətə buraxılıb.

Murtaza Pərvin, Rəhim Novruzi, Əkbər Cahangiri və Hamid Rəvaci iyulun 8-i səhər saatlarında sərbəst buraxılıb.

Fəallar Təbriz İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Təhlükəsizlik Bölümündə 6 gün saxlandıqdan sonra Əhər zindanına intiqal edilmişdir. Adı çəkilən fəallarla birlikdə Rəhim Zarei və Milad Əkbəri də Əhər zindanına köçürülüb, onların da vəsiqə qarşılığında sərbəst buraxılacağı gözlənilir.

Son məlumata görə, iyunun 30-da Babək qalası yığıncağında 9 nəfər saxlanılıb. Onların kimliyi bundan ibarətdir:

Əkbər Cahangiri, Murtaza Pərvin, Milad Əkbəri, Rəhim Zarei, Hamid Rəvaci, Rəhim Novruzi, Mir Həsən Babayi, Məhəmməd Mərdi və Məhəmməd Əkbəri.
İyunun 30-da çox sayda Azərbaycan Milli Hərəkat fəalı, Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ad gününü qeyd etmək üçün Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasına yürüş ediblər. Fəallar yığıncaq zamanı rejimin Azərbaycana qarşı ayrı-seçkilik siyasətini məhkum edən şüarlar səsləndirib, şeir oxuyub, siyasi məhbuslar, xüsusi ilə də Siyamək Mirzayinin azadlığa buraxılmasını tələb edən plakatlar qaldırıblar.

Təhlükəsizlik qüvvələri dinc keçirilən yığıncağa kobud müdaxilə edib, bir neçə nəfəri döyüblər. Onlar Murtaza Pərvin və Əkbər Cahangirini döyərək fəallara ağır bədən xəsarətləri yetirib. Hər iki fəal ailələri ilə qısa telefon əlaqəsi yaratdıqları zaman Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin təcridxanasında işgəncə edildiklərini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed