Şrift:
Yeni Günəşlidə Fərəc Quliyevin seçiciləri ilə məhəlli görüş keçirilib
10.07.2017 [14:17] - Xəbərlər, MDH, Fərəc Quliyev
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə mütəmadi olaraq məhəlli görüşlər keçirilir.
Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə növbəti məhəlli görüş rayonun Yeni Günəşli qəsəbəsində keçirilib. Qəsəbənin “AB” yaşayış sahəsində 8 saylı binanın sakinləri ilə keçirilən görüşdə, seçicilərin problemləri dinlənilib və ərazilərlə bağlı qeyd edilən çatışmazlıqlara baxış keçirilib. Narahatlıq yaradan məsələlərlə bağlı edilən müraciətlər deputat köməkçisi tərəfindən qeydə alınıb.
Sakinlər dinlənildikdindən sonra, onlarla ölkənin sosial həyatı, milli və dövlətçilik maraqları barədə söhbətlər aparılıb. Hər hansı bölücü məqsədli təxribatların qarşısını almaqda ayıq-sayıq və dövlətin yanında olmağın vacibliyi istiqamətində çağırışlar edilib.
Sakinlər də öz növbəsində qeyd edilən məslələrlə bağlı öz razılıqlarını ifadə ediblər və deputata göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildiriblər.
H.Ələkbərovun verdiyi məlumatda bildirilir ki, görüşdə edilmiş müraciətlərdə qeyd edilən problemlərin həlli ilə bağlı aidiyyatı orqanlara artıq müraciətlər ünvanlanıb.
Bu xəbər oxucular tərəfindən 138 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed