Şrift:
Şövkət Məmmədovanın 120 illik yubileyi keçiriləcək
12.07.2017 [10:22] - Mədəniyyət, Bildiriş
Azərbaycan Prezidenti İlham Əliyev Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında sərəncam imzalayıb.

2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın 120 illiyi tamam olur.

Şövkət xanım Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazıb. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın çoxəsrlik zəngin musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermiş böyük sənətkar Şövkət Məmmədovanın 120 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed