Şrift:
Ağ Ev Trampın impiçmenti ilə bağlı təşəbbüsü gülünc adlandırıb
13.07.2017 [10:30] - Siyasət
Ağ Ev Trampın impiçmenti ilə bağlı təşəbbüsü gülünc adlandırıb.

Bu barədə Ağ Evin mətbuat xidməti rəhbərinin müavini Sara Sanders bildirib.

“Düşünürəm ki, bu tamamilə gülünc təklif siyasi oyunbazlığın uğursuz təzahürüdür”, deyə S.Sanders vurğulayıb.

Qeyd edək ki, ABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyinə görə prezident Trampın impiçmentinə çağırıblar.
Bu xəbər oxucular tərəfindən 394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed