Şrift:
Valideynləri təlaşlandıran BCG peyvəndinin əlaməti hansılardır?
13.07.2017 [10:33] - Sağlıq
Vərəm əleyhinə vurulan BCG peyvəndinin valideynləri təlaşlandıran əlamətləri hansılardır?

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən bildiriblər ki, doğulduqdan 4-7 gün sonra körpələrin sol çiyin nahiyəsinə vurulan vərəm əleyhinə BCG peyvəndinin yerində ilk 6-8 saat müddətində ağ, mərcimək böyüklüyündə qabarıqlıq əmələ gəlir. Peyvənd edilən nahiyəyə 24 saat ərzində toxunmaq, su ilə təmas etdirmək olmaz.

İki-dörd aydan sonra peyvəndin tətbiq olunduğu yerdə qabarıq yara görülə bilər. Bu, gec əmələ gələn əlamət valideynlərin təlaşına səbəb olur. Lakin narahatlığa heç bir səbəb yoxdur. Bu, vərəm peyvəndində təbii haldır və bu zaman yalnız tətbiq olunduqdan sonra gigiyena qaydalarına əməl etmək kifayətdir. Bir müddət sonra yara sağalır və yerində kiçik çapıq izi qalır.
Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed