Şrift:
Təbrizli gənc dünyanın ən yaxşı ixtiraçısı mükafatını alıb
13.07.2017 [10:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizli gənc ixtiraçı Xəlil Nəzəri nüfuzlu mükafata layiq görülüb.

Dünya üzrə ən böyük ixtiralar festivalı sayılan Amerika Birləşmiş Ştatlarının (ABŞ) “INPEX” Böyük İxtiralar Yarışları və Festivalı birincilər sırasına daxil olan iştirakçıların siyahısını açıqlayıb.

İran mətbuatının yaydığı məlumata görə, azərbaycanlı ixtiraçı “Şəhərdə toz probleminin həlli üçün HL bitki ötüyü ilə torpağın üst səthini örtmək” layihəsini təqdim edərək festivalın xüsusi mükafat və medalına sahiblənib. O 40 ölkənin nümayəndəsi tərəfindən 800 ixtiranın təqdim olduğu festivalda 2017-ci ilin ən yaxşı ixtiraçısı adına layiq görülüb.

Festivalda ABŞ, Fransa, Hollandiya, Almaniya və Çin kimi inkişaf etmiş ölkələrin nümayəndələri iştirak edib.

Xəlil Nəzəri 1981-ci ildə (hicri-şəmsi təqvimi ilə 1360-cı il) Təbrizdə dünyaya göz açıb. O yapışdırıcı və kimyəvi maddələr sənayesi zavodunun sahibidir.

32-ci ABŞ Beynəlxalq İxtiralar Sərgisi iyunun 13-dən 15-dək Amerikanın Pitsburq şəhərində keçirilib.

N.S
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed