Şrift:
7 yaşlı parsabadlı Atenanın qatilinin etirafları
14.07.2017 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, iyunun 18-də Parsabad-i Muğanda Atena Aslani adlı 7 yaşlı qız uşağı itkin düşmüşdür, onun cəsədi iyulun 10-da polis tərəfindən saxlanılan şübhəli şəxsin avtomobilini park etdiyi yerdə bir plastik boçkanın içində tapılıb.

Məlumata görə, Atenanın atası uzun illərdir Parsabadın Pezeşkiyan xiyabanında səyyar satıcı işləyir. Atena atasının yanına gəldiyi zaman bəzi vaxtlar onun tanışı olan bir rəng mağazasına gedib, orada əllərin yuyub və su içərmiş. Azyaşlı qız iyunun 18-də atası bilmədən əllərini yumaq üçün həmin mağazaya gedib, lakin bu dəfə onu başqa taleh gözləyirdi.

Atenanın atası onun evə getdiyini, anası isə atasının yanında olduğunu zənn edirmiş, lakin axşam atası evə qayıdarkən Atenanın yoxa çıxdığı məlum olub. Bundan sonra azyaşlının ailəsi onun yoxa çıxması ilə bağlı polisə xəbər verib.

Parsabadın prokuroru Abdulla Təbatəbayi bu barədə deyib:

“Atenanın atasının işlədiyi yerdə bir neçə kamera var. Kameralar yoxlanıldı və məlum oldu ki, azyaşlı qızın təsviri atasından ayrıldıqdan sonra kameraların birinə düşüb. Lakin birinci kameradan bir neçə metrlikdə yerləşən digər kamerada Atenaya aid heç bir təsvir müşahidə olunmayıb. Məmurlar bundan sonra Atenanın su içmək üçün vaxtaşırı getdiyi rəng mağazasına şübhələniblər və bununla da mağazanın sahibi azyaşlının yoxa çıxdığından 5 gün sonra yaxalanıb.

O ilk öncə günhasız olduğunu iddia etdi. Lakin həmin günlərdə onun mağazası və evində iki dəfə axtarış aparıldı. Məmurlar heç bir şübhəli izə rast gəlmədiklərini bildirdilər. Sonra mağaza sahibinin yaşadığı yerdə qarajı olmadığını və yaxın bir parkingdə avtomobilini park etdiyini öyrəndik. İyulun 10-da məmurlar parkingə gedib və orada bir polastik boçka ilə rastlaşıblar. Boçkanın içi torpaqla dolu olub. Torpaq təmizləndikdən sonra bir plastik kisənin içində cansız cəsəd tapılıb. Bundan sonrakı araşdırmalar göstərdi ki, Atena elə yoxa çıxdığı gün qətlə yetirilib.

Azyaşlının cəsədi Tibbi Ekspertiza Mərkəzinə göndərildi və şübhəlinin dindirilməsi davam etdi. Nəhayət ki, o Atenanı qətlə yetirdiyinə etiraf etdi və dedi: Son günlərdə Atena və onun qızılları məni vəsvəsəyə salmışdır. O hadisə günü mağazaya gəldi və su içmək istədi. Ona tərəf getdim və planımı icra etmək istədim. O qışqırmağa başladı. Ona görə də əlimi ağzına tutdum və saxladım. Biraz sonra onun boğulduğunu anladım. Qorxuya düşdüm və uşağın cəsədini bir çantaya qoyub və parkingə apardım. Orada bir plastik boçkaya atdım, sonra isə fürsət olunca başqa bir yerə aparacaydım. Lakin bir neçə gün sonra yaxalandım və hər şey ifşa oldu.”

Prokuror başqa bir açıqlamasında qatilin daha bir qətl törətdiyini bildirib. Onun sözlərinə görə cinayətkar iki il öncə cəsədi Məcidabad kəndində tapılan qadını da öldürdüyünü etiraf edib.

Ərdəbil prokuroru Nasir Ətəbati isə qatilin bundan öncə də cinayət əməlləri ilə məşğul olduğunu deyib. O həmçinin bildirib ki, tibbi ekspertiza azyaşlının öldürülərkən cinsi zorakılığa məruz qaldığını müəyyənləşdirib.

Parsabadlılardan biri mətbuata cinayətkarın adının İsmail olduğunu deyib. “Onun 41 yaşı var. O evlidir və 3 uşaq atasıdır”- deyə parsbadlı şəxs bildirib.

Məsum azyaşlı uşaq iyulun 12-də Parsabadda dəfn olunub. Dəfn mərasimində çox sayda yerli əhali iştirak edib.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed