Şrift:
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq
17.07.2017 [10:06] - Xəbərlər, Siyasət
Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün olacağı gözlənilir. Bu haqda Rusiya Xarici İşlər Nazirliyindəki mənbə “İzvestiya” qəzetinə bildirib.

Mənbə qeyd edib ki, prezidentlər arasındakı növbəti görüş 2017-ci ilin sonlarına qədər baş tutacaq. Onun sözlərinə görə, danışıqların növbəti raundunun əsas təşkilatçısı Rusiya olacaq.

“Moskva bu məsələdə əsas vasitəçidir. Çünki ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin Bakı və Yerevanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuz nəticələnib. Konkret olaraq Fransa Bakı və Yerevanı danışıqlar masası arxasına oturtmaq istəyib, lakin bu səylər heç bir fayda verməyib. ”- deyə mənbə söyləyib.

Bildirilib ki, dialoq vacibdir və bunun dəstəklənməsi prinsipial əhəmiyyət daşıyır.

Aqşin KƏRİMOV
Bu xəbər oxucular tərəfindən 15 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed