Şrift:
Rəsmi İraq İŞİD liderinin öldürülməsini təkzib edib
17.07.2017 [10:19] - Hərb
İraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat və anti-terror əməliyyatları xidmətinin rəhbəri Əbu Əli Bəsri bəyan edib ki, "İslam Dövləti" terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi əvvəlki kimi sağdır və Suriya ərazisində gizlənir.
Bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Əbu Əli Bəsri Rusiya rəsmilərinin "əl-Bağdadi Rusiya qırıcılarının İŞİD-in "paytaxtı" Rakka şəhərinə endirdiyi zərbələr nəticəsində ölüb" açıqlamasını təkzib edib. Onun sözlərinə görə, İraq kəşfiyyatı "İslam Dövlətinin" bütün liderlərinin hərəkətlərini izləyir.
Bu xəbər oxucular tərəfindən 12 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed