Şrift:
Tanınmış aktyor Martin Landau vəfat edib
17.07.2017 [10:23] - Mədəniyyət
Amerikalı məşhur aktyor Martin Landau vəfat edib.

Oskar mükafatı laureatı Los-Ancelesdə, müalicə aldığı Kaliforniya universitetinin tibbi mərkəzində ölüb.
89 yaşlı M. Landau 1960-70-ci illərdə çəkildiyi “Missiya yerinə yetirilə bilməz”, “Kosmos 1999” seriallarına görə məşhurlaşıb. 1994-cü ildə “Ed Vud” filmindəki roluna görə M. Landau ən yaxşı ikinci dərəcəli aktyor kimi Oskar mükafatına layıq görülüb. 2 dəfə (1968 və 1988-ci illərdə) “Qızıl Qlobus” mükafatını alıb.
Bu xəbər oxucular tərəfindən 12 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed