Şrift:
PriFest Beynəlxalq Film festivalı Kosovada başladı
17.07.2017 [10:36] - Mədəniyyət
Kosovanın paytaxtı Priştinada bu il doqquzuncusu təşkil edilən Prifest Beynəlxalq Film Festivalı təşkil olunub. Festival Kosova və Niderlandın birgə istehsalı olan "Sevilməyənlər" filmi ilə açıq elan edilib.

Zahir Pajaziti meydanında həyata keçirilən və bu il Türkiyənin "qonaq ölkə" olaraq qatıldığı festivalın açılışına, qonşu ölkələrindən çoxlu sayda aktyorlar, rejissorlar və prodüserlərlə birgə, Oscar mükafatı laureatı kanadalı rejissor Paul Haggis də iştirak edib.

Festival haqqında PriFestin direktoru Vjosa Berisha məlumat verərkən qeyd edib ki, festival çərçivəsində bu il 80 film nümayiş olunacaq. Bunlardan 40 film 4 ayrı kateqoriyada yarışacaq, digər filmlər isə təqdimat proqramlarında iştirak edəcək. Berisha, bu il "qonaq ölkə" olan Türkiyədən gələn rejissorlarla birgə əməkdaşlığa da toxunub. Onun sözlərinə görə "Türkiyənin PriFest çərçivəsində qonaq ölkə olmasından son dərəcə məmnunluq duyuruq. 17 nəfərlik bir heyyət Türkiyədən Kosovaya gelib. Gələcək günlərdə türkiyəli rejissorlarla kosovalı rejissorların birgə çalışmaq imkanlarını dəyərləndirəciyik" - deyə, bildirib.

Filmsevərlər festival çərçivəsində "Kalandar soğuğu", "Kor", "Koca dünya" və "Qar" kimi Türk filmlərini izləmək imkanı qazanacaqlar.

Festival çərçivəsində "Kalandar soğuğu" filminin rejissoru Mustafa Kara, "Koca dünya" filminin aktrisası Ecem Uzun və prodüseri Gizem Başaran ilə "Kar" filminin prodüseri Emine İzmirin filmlərin nümayişimlərində və mətbuat konfranslarında iştirak etmək üçün Kosovada olacağı açıqlanıb.

Festivalın Avropa Filmləri yarışmasında bu il münsif üzvü olaraq Derviş Zaim də iştirak edəcək.

Festival çərçivəsində "Ən Yaxşı Avropa Filmi", "Ən Yaxşı Balkan Filmi" və "PriForum Ən Yaxşı Layihə Mükafatı" nominasiyalarında qaliblərə mükafatları bu il Türkiyə Respublikası Mədəniyyət və Turizm naziri və TRT rəhbərliyi təqdim edəcək.

Festival iyulun 20 - də başa çatacaq
Bu xəbər oxucular tərəfindən 17 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed