Şrift:
Amerikalı general: “İran bölgədə sabitliyin pozulmasının əsas amilidir”
17.07.2017 [10:38] - Güney Azərbaycan xəbərləri
ABŞ-ın Mərkəz Komandanı (CENTCOM) general Jozef Votel, iyulun 14-də “Tampa Bay Times” qəzetinə müsahibəsində İranın, o cümlədən də “Sepah”ın “Qüds” qanadının regionda sabitliyin pozulması istiqamətində apardığı dağıdıcı rolundan danışıb.

“Sepah”ın “Qüds” qanadının bölgədə apardığı təxribatçı fəaliyyətinə toxunan General Votel bildirib ki, rəsmi Vaşinqton İran milləti ilə bu ölkəyə hakim rejim arasında fərq qoymalıdır: “Hesab edirəm ki, İranın regiona nüfuzu mühüm məsələlərdən biridir. Mənim və başqalarının da bundan əvvəl bildirdiyi kimi, ola bilsin ki, İran regionun sabitliyinə qarşı mövcud ən mühüm qüvvədir. Düşünürəm ki, biz İran milləti ilə bu ölkəyə hakim rejim arasında fərq qoymalı, onları bir-birindən ayırd etməliyik. Əmin olmaq istəyirəm ki, mən bəyanatlarımda belə bir fərqi qoymuşam.

İran milləti mədəni baxımdan çox zəngindir və onun bu regionda özünə məxsus yeri var. Lakin İran hakimiyyəti və onun bölgədə gördüyü işlər, o cümlədən də “Sepah”ın “Qüds” qanadının məntəqədə apardığı fəaliyyətlər, bölgənin sabitliyinin uzun müddətdə pozulmasının əsas amilidir”.

A.M
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed