Şrift:
Beyləqanın mərkəzində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib
12.05.2012 [12:25] - Hadisə
Beyləqan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. Bu barədə yerli sakinlər məlumat veriblər.
Xəbərə görə, Beyləqan şəhəri Heydər Əliyev prospektində yerləşən “Ülvi Petrol” yanacaqdoldurma məntəqəsi gecə saat 01.00 radələrində güclü partlayışdan sonra yanmağa başlayıb.
Hava şəraiti aramsız şimşək çaxmaları ilə müşahidə olunduğundan, ilkin ehtimala görə, hadisə məntəqəyə ildırım düşməsi səbəbindən baş verib.
Ərazi yerli polis tərəfindən nəzarət altına alınıb. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər alovun yayılmasının və ətrafdakı evlərə keçməsinin qarşısını alıblar.
Partlayış nəticəsində məntəqədə işləyən 1 nəfər yüngül xəsarət alıb. O, Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed