Şrift:
Meysəm Colani məhkəməyə çağırılıb
18.07.2017 [12:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal, Ərdəbil sakini Meysəm Colani Əhər Ədliyyə Şöbəsinin binasında yerləşən Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə çağırılıb.

Çağırış vərəqəsinə əsas, fəal avqustun 8-i yerli vaxtla saat 10:00-da məhkəməyə müraciət etməlidir.

O sistemin əleyhinə təbliğ etmək və milli təhlükəsizliyi pozmaq məqsədi ilə sistemə müxalif qruplara qatılmaqda ittiham olunur.

Fəal bundan öncə aprelin 12-də də yazılı məktubla məhkəməyə çağırılmışdır.

Meysəm Colani 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimdə iştirak etdiyinə görə saxlanılıb. Mərasim keçirildiyi zaman təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədən silah və gözyaşardıcı qazla mərasimin keçirildiyi evə hücum edib, təxminən 80 fəalı yaxalayıb. Mərasimdə tutulan fəalların əksəriyyəti bir neçə gün sonra zəmanətə buraxılıb. Fəal həmin dosye ilə əlaqədar məhkəməyə çağırılıb.

Adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demoktarik hüquqları uğrunda apardığı mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed