Şrift:
ABŞ-ın vitse-prezidenti: "Donald Tramp ABŞ səfirliyini Qüdsə köçürəcək"
19.07.2017 [10:21] - Siyasət
ABŞ-ın vitse-prezidenti Mayk Pens ölkə Prezidenti Donald Trampın Amerikanın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürməsinə dair fikrini təsdiqləyib.

"Sizə söz verirəm ki, gün gələcək, Prezident Donald Tramp Amerikanın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürəcək. Məsələ yalnız zamana bağlıdır", - "Christians United for Israel" sammitində çıxışı zamanı M.Pens deyib.
Vitse-prezident bildirib ki, ABŞ daim İsrailin xeyrinə çıxış edir.
Bu xəbər oxucular tərəfindən 289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed