Şrift:
Irandan Azərbaycana qarşı növbəti təxribat – Dini ekstremistlərə dəstək toplantısı keçirildi
19.07.2017 [10:37] - Xəbərlər, Siyasət
İran Məhkəmə Sisteminin rəsmiləri Nardaran hadisələri ilə bağlı terrorçuları və İslam Partiyası ekstrimistlərinə dəstək mərasimi keçirərək Azərbaycana qarşı bəyanat yayıblar.
Mərasim iyulun 16-ı Qum şəhərində Ədliyyə Şöbəsi və Qum Nur Mədəniyyət Mərkəzi tərəfindən keçirilib.
Qumda Seyid Əli Şah İmamzadəsi Məqbərəsi Kompleksində keçirilən mərasimə İranda dini təhsil alan bir çox Azərbaycan vətəndaşı da qatılıb. Mərasimdə Azərbaycana qarşı bəyanat qəbul olunub. Bəyanatda Nardaran hadisələri terrorçularının azadlığa buraxılması tələb edilərək Azərbaycanda müsəlmanların dini hüquqlarının pozulduğu qeyd olunub.
Mərasim çıxışçıları terror hadisəsi zamanı ölən ekstrimistləri şəhid adlandırıblar.
Mərasimdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) məsulları Azərbaycan Respublikasına qarşı yalan iddialarla çıxış ediblər.
Mərasimin əsas çıxışçısı Qum Əyaləti Ədliyyə Şöbəsinin Məhkəmə işləri üzrə rəis müavini Cəfər Rəməzani, Nardaran hadisəsi ilə bağlı tutulanların azadlığa buraxılnasını istəyib.
“Belə hadisələr dini daha da gücləndirir. Azərbaycanlı ruhanilər və dindarların islama zidd siyasətlərə qarşı müqaviməti, bu ölkədə dinin güclənməsinin sübutudur. Təəssüflə həmin hadisələrdə bir çoxları saxlanıldı, onlardan bəziləri hələ də həbsdədir”- deyə o bildirib.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Azərbaycanın hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirərkən, polis qüvvələri İran rejiminin təsiri altında olduqları deyilən islamçı ekstremistlərin atəşinə məruz qalmışdır. Bundan sonra polisə müqavimət göstərən dəstənin üzvlərindən 5-i zərərsizləşdirilib, hökumət qüvvələrindən isə 2 polis, ekstremistlərin açdığı atəş nəticəsində şəhid olub.
Təəssüf ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan dövlətinə yardım etmək, Azərbaycanda dini ekstrimist və terrorçu qruplar yaradıb onları gücləndirmək, mediasında qonşu ölkəyə qarşı təbliğat aparmaq və s. İranın Azərbaycana yönəlik siyasətin tərkib hissəsidir.

 Irandan Azərbaycana qarşı növbəti təxribat – Dini ekstremistlərə dəstək toplantısı keçirildi

 Irandan Azərbaycana qarşı növbəti təxribat – Dini ekstremistlərə dəstək toplantısı keçirildi
Bu xəbər oxucular tərəfindən 410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed