Şrift:
Azərbaycanlı fəal Səfiyyə Qarabağlı müvəqqəti olaraq azadlığa buraxılıb
20.07.2017 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 17-də Zəncanda bu şəhərin Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən saxlanılan azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağlı müvəqqəti azadlığa buraxılıb.

O bir gün saxlandıqdan sonra iyulun 18-də sərbəst buraxılıb.

S.Qarabağlının həyat yoldaşı Ruzbeh Səadətinin sözlərinə görə, o çərşənbə günü, iyulun 19-da sorğu-suala tutulmaq üçün Zəncanın Ettelaat İdarəsinə müraciət etməlidir.

Azərbaycanlı fəal iki gün öncə evdən çıxarkən Ettelaat əməkdaşları tərəfindən yaxalanıb. Bundan sonra onun həyat yoldaşı öz Facebook səhifəsində belə məlumat yaymışdır: “Yaxalandıqdan bir neçə saat sonra məmurlar Səfiyyə ilə birlikdə evə gəldilər. Onlar evdə axtarış apardıqdan sonra kompüter, kitab, dəftər və bir neçə şəxsi əşyanı zəbt edərək özləri ilə apardılar.”

Fəalın sistemin əleyhinə təbliğ və cəmiyyətdə əsassız təşviş yaratmaqda ittiham olunduğunu bildirilir.

S.Qarabalı ailəsi ilə birlikdə Güney Azərbaycanın Zəncan şəhərində yaşayır, o qadın haqları müdafiəçisidir, bu sahədə araşdırma işləri ilə məşğuldur.

Xanım fəalın həyat yoldaşı R.Səadəti isə əslən Miyana şəhərindəndir. Veblaqçı azərbaycanlı fəal ötən illərdə Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed